Sunday, September 29, 2019

Ordubad sözünün mənası



Ordubad torpağının mənşəyi barədə mülahizələr müxtəlifdir. Bəziləri bunu "ordu" və "bal" //"pat"( və ya aba) hissələrindən ibarət sayır. Mənası "ordu yeri" deməkdir.


Mənbələrin məlumatına görə, bu toponim müxtəlif vaxtlarda orbad, urdubad, orduvad və s. adlandırılmışdır. Tədqiqatçı Ə.Hüseyni isə bu toponimin əvvəl "Ordubad" adlanıb, "Bəyin qalası" mənasını verdiyini bildirir. Ordubadın möcüzəli təbiəti, sirli aləmi və təbii gözəlliyi XIX-XX əsrlərdə buraya səyahət etmiş bir sıra səyyahları təəcübləndirmişdir.
Rus alimi İ.Şopen, polyak tədqiqatçısı A.Petzold, fransız yazıçısı A.Düma və başqaları öz yazılarında bu gözəlliyi vəsf etmiş, Ordubada heyran qaldıqlarını bildirmişlər. Mühüm ticarət yolu ayrıcında yerləşən Ordubad Yaxın və Orta Şərq ölkələri ilə ticarət əlaqələri saxlamışdır. Vaxtilə rayonda 40 növdə üzüm yetişdirilirdi. Hələ XVI əsrin ikinci yarısından başlayaraq Ordubaddan Venesiyaya, Marsel, Amsterdam və başqa Avropa şəhərlərinə ipək ixrac olunurdu.

No comments:

Post a Comment

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı - 10 Noyabr 2020-ci il

  Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzal...