Ermənilərin dağ ekspedisiya korpusu sonuncu əsgərədək məhv edildi
Fərəc Quliyev: "Yüzlərlə düşmən əsgəri öldürülmüşdü""Soyuğ"u 26 əsgərlə ələ keçirdik
Hərbi xidmət keçdiyim Ordubad rayonunun Kotam kəndinin sakinləri ilə söhbət zamanı onlar Naxçıvan Muxtar Respublikasının ən strateji ərazilərindən olan "Soyuq" adlandırılan ərazinin azad edilməsində xidmətləri olan şəxslərdən danışmışdılar. Onlarla söhbətlərim zamanı adlarını çəkdikləri şəxslərdən yalnız birini - Fərəc Quliyevi jurnalist olaraq tanıyırdım. Lakin indikindən fərqli olaraq deputat, partiya sədri kimi yox, Ordubad sakini olaraq... Beləliklə, "Gündəlik Bakı" qəzetinin "Maraqlı adamlar" rubrikasının növbəti qonağı keçmiş döyüşçü Fərəc Quliyevdir: