Showing posts with label ordubad tarixi. Show all posts
Showing posts with label ordubad tarixi. Show all posts

Monday, August 24, 2020

Ordubadın tarixi və mədəniyyəti

 Azərbaycanın dilbər guşələrindən biri olan Ordubad cənubdan İran İslam Respublikası, şimaldan və qərbdən Ermənistanla həmsərhəd olmaqla, şərqdən Culfa rayonu ilə qonşu olan Ordubad rayonunun sahəsi 864 km2-dir.

Ordubadm salındığı dəqiq tarix müəyyənləşdirilməmişdir. Lakin bu ərazi dünyada ən qədim insan məskənlərindən biri, bəşəriyyətin yaranma ocağı sayılır. Ordubad adına ilk dəfə V əsr yazılı mənbələrində təsadüf olunur. Qədim dünyanın ən müqəddəs panteonlarından biri sayılan Gəmiqaya dağı da Ordubaddadır. Dağın üzərindəki təsvirlər və buradakı yurd yerləri Ordubad ərazisində e.ə. VII-I minilliklərdə yaşamış qədim əhalinin həyat tərzini və mədəni inkişaf yollarnıı izləməyə imkan verir. Ordubadm yaşayış məntəqələrindən olan Sabirkənd, Plovdağ və Xaraba Gilan ərazisində e.ə. II-I minilliklərə aid mədəniyyət qalıqları ilə zəngin olan yaşayış yerləri və nekropollar mövcuddur. XX əsrin əvvəllərində erməni terrorunun qurbanı olan minlərlə Ordubad sakinlərini Türkiyədən köməyə gələn Musa Kazım Qarabəkir Paşa başda olmaqla qəhrəman türk ordusu xilas etmişdir.

Sunday, September 29, 2019

Ordubad rayonu haqqında tarixi məlumat



Ordubad – Azərbaycanda rayon.

Azərbaycanın dilbər guşələrindən biri olan Ordubad Naxçıvan Muxtar Respublikasının tərkibinə daxildir. Cənubdan İran İslam Respublikası, şimaldan və qərbdən Ermənistanla həmsərhəd olmaqla, şərqdən Culfa rayonu ilə qonşu olan Ordubad rayonunun sahəsi 972 kvadrat kilometr, əhalisi 43200 nəfərdir.

Rayonun inzibati mərkəzi – Ordubad şəhəri öz əhəmiyyətinə görə Naxçıvan Muxtar Respublikasının ikinci mühüm şəhəridir. Ordubad bağlar diyarı, güllər, bülbüllər şəhəridir. Ordubadçay sahilində dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən Ordubad şəhri XII əsrdən məşhurdur.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı - 10 Noyabr 2020-ci il

  Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzal...