Showing posts with label yusuf memmedeliyev. Show all posts
Showing posts with label yusuf memmedeliyev. Show all posts

Sunday, September 29, 2019

Yusuf Məmmədəliyev



Azərbaycanın ilk kimyaçı akademiki Yusuf Heydər oğlu Məmmədəliyev

Tarixdə еlə şəxsiyyətlər vardır ki, zaman keçdikcə onlarn həyatı və fəaliyyəti nəinki unudulmur, əksinə yeni və daha da parlaq xüsusiyyətləri ilə üzə çıxır. Qədim türk-oğuz yurdu Naxçıvan diyarının bəşər mədəniyyətinə və elminə tarix boyu layiqli töhvələri olmuşdur. XII əsrin qüdrətli memarı Əcəmi Əbubəkr və onun yaratdığı mömünə Xatun məqbərəsi, zamanının görkəmli alimi Nəciməddin Hinduşah Naxçıvani, XX əsr Azərbaycanın mədəniyyəti, ədəbiyyatı və elminin baniləri Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Bəhruz Kəngərli kimi yurdumuzun zirvələri xalqımızın milli iftixarlarıdır və bu diyara dünya şöhrəti qazandırmışlar. Dahi kimyaçı alim, istedadlı tədqiqatçı, gözəl pedaqoq, görkəmli dövlət va ictimai xadim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın əməkdar elm xadimi, kimya elmləri doktoru, professor, SSRİ Dövlət Mükafatı laureatı Yusuf Heydər oğlu Məmmədəliyev belə şəxsiyyətlərdəndir.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı - 10 Noyabr 2020-ci il

  Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzal...